Şəkidə 7 nəfəri it dişlədi: <b>üçü uşaqdır</b>
20 iyun 2018 22:54 (UTC +04:00)

Şəkidə 7 nəfəri it dişlədi: üçü uşaqdır

Şəkinin Baş Göynük kəndində bir gündə üçü azyaşlı olmaqla yeddi nəfəri sahibsiz it dişləyib.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, iyunun 20-i günorta saat 12 radələrindən başlayaraq axşam saat 19:30 radələrinə kimi rayonun Baş Göynük kənd sakinləri olan 1945-ci il təvəllüdlü Niyazi Sadəddin oğlu Mahmudov sol əlin said nahiyəsinin, 1992-ci il təvəllüdlü Gülnaz Sərdar qızı Abdullayeva sağ sarğı nahiyəsinin, 2012-ci il təvəllüdlü Nardanə Dəyanət qızı Abdullayeva başın alın nahiyəsinin, 2014-cü il təvəllüdlü Aynur Qaçay qızı Abdullayeva başın alın nahiyəsinin, 1974-cü il təvəllüdlü Nəsimi Fərman oğlu Saatov sağ qolun və qarnının sol hissəsinin, 2012-ci il təvəllüdlü Eşqin Fərahim oğlu Mahmudov başın və sol ayağın baldır nahiyəsinin, 1953-cü il təvəllüdlü Nəhayət Mustafa qızı Məmmədova sol qolun bazu nahiyəsinin it dişləməsi xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) müraciət ediblər.

 

MRX-dan APA-ya bildirlib ki, Baş Göynük kənd sakinləri olan üçü azyaşlı olmaqla ümumilikdə yeddi nəfəri sahibsiz it dişləyib. Xəstəxanaya müraciət edən yeddi nəfərin hamısına lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 549

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15