Şəkidə 2 gənc batdı
04 sentyabr 2015 23:18 (UTC +04:00)

Şəkidə 2 gənc batdı

0

Şəkidə bədbəxt hadisə baş verib.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Şəki rayonunda süni göldə 1995-ci il təvəllüdlü Zəkəriyayev Sadiq Kamran oğlu və 1995-ci il təvəllüdlü Əhmədov Röyal Etibar oğlu batıblar .

 

Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. S.Zəkəriyayev və R.Əhmədovun cəsədləri batdığı yerdən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 22:14-də başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 303

Oxşar yazılar