Şəki sakini yemək bişirən zaman dəm qazından zəhərlənib
01 fevral 2015 00:00 (UTC +04:00)

Şəki sakini yemək bişirən zaman dəm qazından zəhərlənib

Şəkidə 30 yaşlı qadın dəm qazından zəhərlənib.

 

Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanvar ayının 31-i axşam saatlarında  rayonun Qoxmuq kənd sakini, 1985-ci il təvəllüdlü Sevda Nüvər qızı Qafarova zəhərlənmə əlamərləri ilə xəstəxanaya daxil olub. Həkim müayinəsi və araşdırmasından sonra məlum olub ki, Sevda Qafarova yaşadığı evin mətbəxində yemək bişirən zaman dəm qazından zəhərlənib.

 

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Sevda Qafarovaya lazımi tibbi yardım göstərilib, vəziyyəti hazırda orta-stabil hesab olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 116
avatar

Oxşar yazılar