Saxta diplomu 5 min manata satdı
05 noyabr 2013 14:19 (UTC +04:00)

Saxta diplomu 5 min manata satdı

Bakıda vətəndaşa saxta universitet diplomunun satılması barədə məlumat daxil olub. Səbail rayon Polis İdarəsi, 9-cu Polis Bölməsindən Lent.az-a verilən məlumata görə, Qaradağ rayon sakini 1957-ci il təvəllüdlü Qəniyev Aydın Bulut oğlu məsələ ilə bağlı şikayət ərizəsi yazıb. A.Qəniyev qeyd edib ki, qızı, 19 yaşlı Aysel Qəniyevaya diplom almaq məqsədi ilə Dadaşov Cəmil Dadaş oğluna 5 min manat pul verib. C.Dadaşov isə onlara saxta diplom verib.

 

Müraciətlə bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1277
avatar

Nizam Rza

Oxşar yazılar