Bu gün Salyan rayonunda qətl hadisəsi törədilib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, günorta radələrində Salyan-Şirvan yolunun kənarında üzərində müxtəlif xəsarətlər olan kişi meyiti tapılıb. İlkin araşdırmalarla qətlə yetirilən şəxsin Qaraçala kənd sakini, 1965-ci il təvəllüdlü Xəlilov Aydın Rafiq oğlu olması müəyyən edilib.
Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları gəlib. Qətlin kim tərəfindən və hansı səbəbdən törədildiyi araşdırılır.