Dəhşətli qəzada ölənlərin adları bilindi - YENİLƏNİB
05 fevral 2013 19:40 (UTC +04:00)

Dəhşətli qəzada ölənlərin adları bilindi - YENİLƏNİB

 

 Bakı-Astara yolunun 56-cı kilometrliyində, Salyan rayonu ərazisində baş verən dəhşətli yol qəzasında ölənlərin adları açıqlanıb.


 

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, ölənlərdən dördünün şəxsiyyəti müəyyənləşdirilib, bir meyit isə tanınmaz halda olduğundan, kimliyini müəyyənləşdirmək hələlik mümkün olmayıb. Həlak olanlar Salyan rayonunun Kürkənd sakini, 1978-ci il təvəllüdlü Əliyev Vidadi İnşallah oğlu, Neftçala rayonunun Dördlər kənd sakini, 1975-ci il təvəllüdlü Abhüseynov Müşviq Akif oğlu, Biləsuvar rayon sakini, 1987-ci il təvəllüdlü Əsgərov Saməddin Ələddin oğlu və Biləsuvar rayon sakini Əliyev Samir Əlizamin oğludur.

 

***

 

17:56

 

Bakı-Astara yolunda, Salyan rayonu ərazisində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə bu gün saat 16.00 radələrində qeydə alınıb. Biləsuvar rayon sakini, 28 yaşlı Bayramov Rüstəm Ramiz oğlunun idarə etdiyi  “Mercedes” markalı, 90 LK 481 dövlət nömrə nişanlı avtomobillə Salyan rayonunun Çuxanlı kənd sakini Vahidov Rafiq Cəfər oğlunun idarə etdiyi “Fiat” markalı, 90 AD 369 dövlət nömrə nişanlı avtomobilin toqquşması nəticəsində, 5 nəfər dünyasını dəyişib, 2 nəfər ağır xəsarət alıb.

Ölənlərin avtomobillərin sərnişinləri olduğu bildirilir. Hazırda ölənlərin şəxsiyyəti dəqiqləşdirilir. Xəsarət alan sürücülər ağır vəziyyətdə Salyan Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4975
avatar

Oxşar yazılar