Tovuzda intihar hadisəsi baş verib.
Tovuz rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Qəribli kəndində qeydə alınıb. Kənd sakini İsa Tahirov yaşadığı evin həyətində özünü asıb.
Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Salyanda da intihar hadisəsi baş verib.
Rayon sakini, 1988-ci il təvəllüdlü Şəfəq Hüseynova sirkə turşusu içib. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən Ş. Hüseynovanı xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.