İmişli rayonunda iki nəfəri bıçaqlamış şəxs polis tərəfindən saxlanılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, İmişli RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 1-də Sərxan Bəşirova və onun qardaşı Vasifə bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Mehman Şəmmədov tutulub.
Qeyd edək ki, məlum hadisə İmişli şəhərindəki “Nuray” şadlıq evinin qarşısında baş verib. M.Şəmmədov toyu olan xanımın iki qardaşını bıçaqlayaraq qaçıb.
Faktla əlaqədar araşdırmalar davam etdirilir.