Hacıqabul rayonunda şadlıq sarayında baş vermiş faciəvi hadisənin təfərrüatları məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, “Aynur” şadlıq sarayında əlində fişəng partlayan Məhəmməd Abdullayevin sağ qolu hadisədən dərhal sonra amputasiya edilib.
Polisdən bildirilib ki, Şirvan şəhər sakini, 42 yaşlı M.Abdullayev toy məclisi zamanı sərxoş vəziyyətdə fişəng partlatmağa çalışıb. Lakin fişəng qəfil açılıb və M.Abdullayevin əlində partlayıb. Yaralı dərhal xəstəxanaya aparılıb.
Faktla bağlı Hacıqabul RPŞ-də araşdırmalar aparılır.
*****
24.10.2013 / 14:17
Oktyabrın 22-də Hacıqabulda keçirilən toy mərasimində bədbəxt hadisə baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, “Aynur” şadlıq sarayında Şirvan şəhər sakini Məhəmməd Abdullayevin əlində fişəng partlayıb.
M.Abdullayev xəsarətlə xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.