Ötən gecə Sabunçu rayonu Yeni Ramana qəsəbəsi ərazisində baş verən qəzada avtomobil dərin çuxura yuvarlanıb.
Lent.az-ın məlumatına görə, sürücü Əhəd Nemətov taksi kimi idarə etdiyi "Fiat" markalı minik avtomobili ilə üzü “Şuşa” şəhərciyi istiqamətində hərəkətdə olarkən avtomobili dərin çuxura salıb.
Sürücünün sözlərinə görə, qazıntı ilə bağlı nişanlar olsa da, onların heç biri görünmür. Belə ki, yalnız mərkəz istiqamətində hərəkətdə olarkən nişanları görmək olur. Hava limanına tərəf gedəndə isə, nişanlar tərsinə qoyulduğundan və yollar işıqlandırılmadığından onları görmək demək olar ki, mümkün deyil. Çuxurun hansı qurum tərəfindən qazıldığı hələlik məlum olmasa da, yaxınlıqda yaşayanların sözlərinə görə, xeyli müddətdir ki orada işlər dayandırılıb. Bu isə sutkanın qaranlıq vaxtlarında sürücülərə xeyli problem yaradır. Qəza ilə bağlı araşdırmalar davam edir.
Fərahim Qasımov