Sabiq məhkum bu dəfə xeyli pul apardı - BİRGƏ ƏMƏLİYYAT
04 sentyabr 2019 15:29 (UTC +04:00)

Sabiq məhkum bu dəfə xeyli pul apardı - BİRGƏ ƏMƏLİYYAT

Kriminalistik Tədqiqatları İdarəsi və polis əməkdaşları birgə əməliyyat keçirdi

 

Suraxanı rayonunda Kriminalistik Tədqiqatları idarəsi və polis əməkdaşları tərəfindən birgə əməliyyat keçirilib.

 

Suraxanı rayonu ərazisində evdən oğurluq hadisəsi qeydə alınıb. Lent.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, oğrunun tapılması üçün Kriminalistik Tədqiqatları İdarəsi və Suraxanı rayon 31-ci polis bölməsinin əməkdaşları tərəfindən birgə əməliyyat tədbirləri keçirilib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində evdən 600 manat dəyərində qızıl-zinət əşyaları və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Y.Əliyev saxlanılıb.

 

Daxil olan məlumatda şübhəlinin əvvəllər də məhkum olunduğu bildirilir.

 

Mehman Nəbiyev

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 564

Oxşar yazılar