Sabah hava necə olacaq? -  PROQNOZ
09 iyul 2014 12:54 (UTC +04:00)

Sabah hava necə olacaq? -  PROQNOZ

Bakıda və Abşeron yarımadasında iyulun 10-da  hava şəraitinin gün ərzində dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumat verilib. Havanın temperaturu gecə 20-24, gündüz 29-34 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1164

Oxşar yazılar