Sabah Bakıda bağlanacaq yolların<span style="color:red;"> SİYAHISI
09 iyun 2015 15:46 (UTC +04:00)

Sabah Bakıda bağlanacaq yolların SİYAHISI

Nəqliyyatı İntellektual İdarəetmə "Bakı 2015" İlk Avropa Oyunları ilə əlaqədar bağlanacaq yollarla bağlı növbəti dəfə məlumat yayıb. Lent.az xəbər verir ki, sabah məşəlin səyahəti aşağıdakı marşrutla baş tutacaq:

 

Bakıda Məşəlin Səyahəti ilə bağlı 10 iyun tarixində aşağıda qeyd olunan küçə və prospektlərdə fasilələrlə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq:

•Şəmsi Bədəlbəyli küçəsi

•Səməd Vurğun küçəsi

•Bül-bül prospekti

•Rəşid Behbudov küçəsi

•Azadlıq prospekti

•İstiqlaliyyət küçəsi

•Niyazi küçəsi

•Şövkət Ələkbərova küçəsi

 

Triatlon yarışı

Bakı 2015 İlk Avropa Oyunlarının Kişilər və Qadınlar arasında triatlon yarışları ilə əlaqədar, 10-14 iyun tarixlərində Bilgəh qəsəbəsində müəyyən yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağı yollar və vaxtlar aşağıdakı xəritədə qeyd olunub.

Sürücülər Bilgəh qəsəbəsinin yerli yol şəbəkəsindən və Jumeirah Beach Hotel dairəsi ilə birləşən Aslan Salahzadə küçəsindən istifadə edə bilərlər.

Qeyd olunan vaxt ərzində şəhər mərkəzi və Nardaran qəsəbəsi istiqamətində hərəkət üçün sürücülərə Buzovna-Maştağa-Nardaran yolundan istifadə etmələri tövsiyə olunur.

Nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağı vaxtlar:

10, 11 iyun: 05:00 – 14:00

13 iyun: 08:30 – 18:30

14 iyun: 08:30 – 19:00

Xəritə: Triatlon (Bilgəh) Yol Hərəkət Məhdudiyyətləri və Hərəkət İstiqamətinin Yönləndirilməsi

 

Açılış Mərasimi

12 iyun Bakı 2015 İlk Avropa Oyunlarının Açılış mərasimi günü, aşağıda qeyd olunan yollarda günorta saat 04.00-dan, növbəti gecə saat 02.00-dək nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq:

• Heydər Əliyev prospekti, Babək qovşağından Sabunçu qovşağınadək

• Mehdi Hüseyn küçəsi, Parlament prospekti dairəsindən Teymur Elçin küçəsi ilə kəsişməyədək

 

Bu yol bağlanmaları və Bakı 2015 Avropa Oyunları zamanı nəqliyyat haqqında ən son məlumatları əldə etmək üçün aşağıdakı mənbələrə müraciət etməyiniz xahiş olunur:

- Bakı 2015 internet səhifəsi (www.baku2015.com);

- Bakı 2015 Tamaşaçı Məlumat Mərkəzi – 2015 nömrəsinə zəng etməklə əlaqə saxlamaq olar;

- Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi (http://mot.gov.az/), Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi (http://dyp.gov.az/) və Bakı şəhər İcra Hakimiyyətinin (www.baku-ih.gov.az) internet səhifələri;

- Radio dalğası (107.7 FM), internet səhifəsi (www.niim.az) və Facebook səhifəsi (https://www.facebook.com/niim.gov.az?fref=ts) də daxil olmaqla, NİİM-in məlumat kanalları

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 124
avatar

Nizam Rza

Oxşar yazılar