
Həbs edilən prokuror köməkçisi 9 saylı cəzaçəkmə müəssisəsinə köçürüldü
Rüşvət almaqda təqsirləndirilərək həbs edilən İsmayıllı rayonunun sabiq prokuroru Ülvi Abbasovun böyük köməkçisi Faiq Quliyev cəzaçəkmə müəssisəsinə köçürülüb.
ONA-nın xəbərinə görə, Şəki Apellyasiya Məhkəməsinin qərarından sonra F. Quliyev Şəki İstintaq Təcridxanasından çıxarılıb.
O, Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb.
Qeyd edək ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ü. Abbasov 9 il, F. Quliyev isə 8 il müddətinə azadlıqdan məhrum edilmişdi. Verilən apellyasiya şikayətindən sonra Ü. Abbasova şərti cəza verilib, o, məhkəmə zalından azadlığa buraxılıb. F. Quliyevin 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası isə 6 ilə endirilib.
Xatırladaq ki, İsmayıllı rayon prokurorunun böyük köməkçisi F. Quliyev 2018-ci ilin iyulun 14-də həbs olunub. O, xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar “İsmayıllı Tikinti-27” ASC-nin idarə heyətinin sədri Azad Əliyevdən sonuncuya məxsus qum-çınqıl karxanasının fəaliyyəti ilə bağlı aparılmış araşdırmanın nəticəsində barəsində cinayət işinin başlanmaması üçün, yəni edəcəyi qanunsuz hərəkətlərə görə külli miqdarda pul vəsaitini rüşvət kimi alıb. O, İsmayıllı rayon prokurorluğunun inzibati binasında rüşvəti A.Əliyevdən şəxsən alan zaman iş başında yaxalanıb. F.Quliyev barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb və barəsində həbs-qətmikan tədbiri seçilib.
Daha sonra rayonun prokuroru Ü.Abbasov da həbs olunub.
Oxşar yazılar

Məcburi köçkünlərlə bağlı məhkəməyə 105 müraciət olub
3 iyul 2025 , 09:11
Masazırda baş verən yanğın söndürüldü - VİDEO
3 iyul 2025 , 00:05
Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı 8-ə çatdı
2 iyul 2025 , 20:52
Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı yeddiyə çatdı
2 iyul 2025 , 19:37Qadını barda saxlamaq üçün 13 polis gəldi
2 iyul 2025 , 19:12
Tərtərdə 40 yaşlı kişini ilan sancdı: Bakıya göndərildi
2 iyul 2025 , 18:43
Yekaterinburqda saxlanılan azərbaycanlılara qarşı ittiham irəli sürüldü
2 iyul 2025 , 17:27