Rusiyada polis polkovnikini və ailəsini öldürən azərbaycanlılara hökm oxundu
22 fevral 2017 14:57 (UTC +04:00)

Rusiyada polis polkovnikini və ailəsini öldürən azərbaycanlılara hökm oxundu

Rusiyada polis polkovnikini və onun ailə üzvlərini öldürməkdə ittiham olunan Azərbaycan və Tacikistan vətəndaşlarına hökm oxunub.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Samara məhkəməsinin qərarına əsasən Azərbaycan vətəndaşları Məhəmməd Əhmədov və Roman Fətəliyev ömürlük, İslam Babayev 25 il, Tacikistan vətəndaşı Orxan Zöhrabov isə 26 il həbs cəzası alıb.

 

İttiham olunanlar günahlarını qismən etiraf ediblər.

 

Təqsirləndirilən şəxslər silahlı basqın, iki və daha artıq şəxsin ölümü və azyaşlı uşağın həyatına qəsddə ittiham olunurlar.

 

Qeyd edək ki, Rusiya Daxili İşlər Nazirliyinin regional bölməsinin keçmiş rəis müavini, polkovnik Andrey Qoşt və ailəsinin 5 üzvü - polkovnikin arvadı, qardaşının arvadı, qardaşı qızı və valideynləri 2016-cı il aprelin 24-də Sızran rayonunun İvaşevka qəsəbəsində öldürülüb. Hadisə yerində sağ qalmış yeddi yaşlı qız tapılıb. O, ağır bədən xəsarətləri ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 132
avatar

APA Baycan

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21