Rusiyanın Sankt Peterburq şəhərində iki azərbaycanlının qətli ilə nəticələnən insidentin iştirakçıları saxlanıb.
APA-nın Rusiya bürosunun məlumatına görə, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətl hadisəndə iştirakda şübhəli bilinən üç nəfər Vıborq şəhərində yaxalanıb.
Saxlanılan şəxslərin qətl törədilən zaman hadisə yerində olduğu bildirilir. Onların qətldə iştirakının olub-olmadığı araşdırılır.
Qeyd edək ki, hadisə fevralın 1-də Sankt-Peterburqun Poqraniçnik Qarkavov küçəsində yerləşən “Qurman” kafesində baş verib.
Kafenin sahibi ilə müştəriləri arasında baş verən mübahisə zamanı travmatik silahdan açılan atəş nəticəsində iki azərbaycanlı öldürülüb.
Gürcüstan Respublikası Marneuli rayonunun sakini, 29 yaşlı Vüsal Əfəndiyev hadisə yerində keçinib.
Kafenin sahibi olan digər azərbaycanlı 46 yaşlı Azərbaycan vətəndaşı Nazim Səmədov isə xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
*****
13:33
Rusiyanın Sankt Peterburq şəhərində kafedə baş verən atışmada ölənlərin hər ikisinin azərbaycanlı olduğu üzə çıxıb.
APA-nın Rusiya bürosunun “konkretno.ru”-ya istinadən verdiyi məlumata görə, hadisə fevralın 1-də Sankt-Peterburqun
Poqraniçnik Qarkavov küçəsində yerləşən "Qurman" kafesində baş verib.
Kafenin sahibi ilə müştəriləri arasında baş verən mübahisə zamanı travmatik silahdan açılan atəş nəticəsində iki azərbaycanlı öldürülüb.
Gürcüstan Respublikası Marneuli rayonunun sakini, 29 yaşlı Vüsal Əfəndiyev hadisə yerində keçinib.
Kafenin sahibi olan digər azərbaycanlı 46 yaşlı Azərbaycan vətəndaşı Nazim Səmədov isə xəstəxanada ölüb.
Aparılan araşdırmalar zamanı məlum olub ki, hadisə yerindən 30 metr aralıda, İvanovka çayının sahilində polis əməkdaşları qan izləri olan salfet və 6 ədəd patronla İJ -79-9 travmatik silah aşkar ediblər.
Bundan başqa, kafenin sahibi Nazim Səmədovun avtomobilindən “Sayqa” karabin tüfəngi aşkar edilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
*****
00:21
Sankt-Peterburqda azərbaycanlı qətlə yetirilib. APA-nın Rusiya bürosunun xəbərinə görə, hadisə fevralın 1-də gecə saat 4 radələrində Sankt-Peterburqda yerləşən kafedə baş verib.
Belə ki, kafenin sahibi ilə müştəriləri arasında baş verən mübahisə nəticəsində bir azərbaycanlı və gürcü odlu silahdan açılan atəş nəticəsində öldürülüb.
Gürcü hadisə yerində, kafenin sahibi olan azərbaycanlı isə xəstəxanada keçinib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Qətli törədən şəxsin və şəxslərin axtarışı davam etdirilir.