Bakıda restoranda silahlı insidentlə bağlı yeni məhkəmə
27 aprel 2016 14:36 (UTC +04:00)

Bakıda restoranda silahlı insidentlə bağlı yeni məhkəmə

Badamdar qəsəbəsindəki “Bulaq” restoranında baş verən silahlı insidentin iştirakçılarından olan Bəhruz Rəfiyev barəsində seçilmiş həbs qətimkan tədbirinə dair məhkəmə qərarından apellyasiya şikayəti verib.

Lent.az-a bu barədə Adəm Məmmədov məlumat verib. O, bildirib ki, şikayət Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib. İşə yaxın günlərdə baxılacaq.

Vəkilin sözlərinə görə, müdafiə etdiyinin şəxsin həmin güllələnmə hadisəsində iştarakçı olmayıb: “ Hadisə zamanı Bəhruz Rəfiyev nə dalaşıb nə də söyüş söyməyib. Keçən dəfə paylaşdığım şəkildə də görünür ki, onun qolundan güllə yarası var. O, təqsirləndirilən deyil, zərərçəkəndir”

 

Qeyd edək ki, cinayət hadisəsi aprelin 21-də Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən “Bulaq” restoranında baş verib. Hadisə zamanı Fuad Əkbərov və B.Rəfiyev tapançadan açılan atəş nəticəsində yaralanıb, 30 yaşlı Süleyman Abdullayev isə bıçaqlanıb. Hər iki yaralı Bakıdakı özəl xəstəxanalardan birinə yerləşdirilib. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri Tofiq Qaramizadə, Hüseyn Hüseynov və B.Rəfiyev tutulub. Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) və 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddələri ilə cinayət işi başlanıb, istintaq davam etdirilir.

Aprelin 23-də Səbail Rayon Məhkəməsində T.Qaramizadə, H.Hüseynov, B.Rəfiyev barələrində üç aylıq, ayın 25-də F.Əkbərov barəsində isə dörd aylıq həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, F.Əkbərov barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə), və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 133
avatar

Səlcuq Elçin

Oxşar yazılar