Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun APA-ya verdiyi məlumata görə, Azərbaycanın baş prokuroru Zakir Qaralovun müvafiq əmrləri ilə Baş prokurorun köməkçisi Valeh Səmədov, Baş Prokurorluğun Təşkilat-Analitik idarəsinin prokuroru Zakir Müslümov və Laçın rayon prokuroru Mübariz Bayramov tutduqları vəzifələrdən azad edilərək müvafiq olaraq Quba, Şamaxı və Şabran rayon prokuroru vəzifələrinə təyin ediliblər.
*****
18:14
Şamaxı rayonuna yeni prokuror təyin edilib. Lent.az-ın məlumatına görə, Zakir Müslümov baş prokuror Zakir Qaralovun əmri ilə Şamaxı rayonuna prokuror vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Şamaxı rayonunda keçən ilin oktyabr ayında Füzuli Musayevin vəzifədən azad olunmasından sonra prokuror vəzifəsi boş qalmışdı.