Ramil Usubov: “Azərbaycanda qanuni oğru yoxdur”
28 sentyabr 2013 10:08 (UTC +04:00)

Ramil Usubov: “Azərbaycanda qanuni oğru yoxdur”

“90-cı illərin əvvəllərində Azərbaycanda polis qanun pozuntularına qarşı mübarizə aparmaq əzmində deyildi. Buna mane olan səbəblərdən biri də sosil durumun aşağı olması idi”. Lent.az-ın məlumatına görə, bunu Azərbaycanın daxili işlər naziri Ramil Usubov AZTV-yə müsahibəsində deyib. Nazir bildirib ki, Azərbaycanda ictimai durumun gərginliyi də kriminogen duruma təsir edirdi: “İnsanların saatlarla çörək növbəsində durması hamının yadındadır. Biz bunları 90-cı illərin əvvəllərində yaşamışıq. Cinayətkarlığın yayılması üçün iqtisadi zəmin vardı. Yaşayış durumu çətin idi. Ona görə oğurluqlar da, soyğunçuluqlar da bu zəmində baş verirdi. Amma son 10-15 ildə vəziyyət köklü surətdə dəyişib”. 

Nazir həmçinin Azərbaycanda “qanunda oğrular”dan da danışıb: “Bu gün başqa-başqa ölkələrlə əlaqəli cinayətkarların Azərbaycanda fəaliyyət göstərməsi üçün heç bir şərait yoxdur. Azərbaycan onlar üçün elə bir məkan deyil ki, onlar burada sərbəst öz cinayət əməllərini uzun müddət davam etdirsinlər. Bir faktı deyim. Bu gün tez-tez yazırlar ki, “qanunda oğru” belə etdi, elə etdi. Azərbaycanda “qanunda oğru” yoxdur. “Qanunda oğru” ya türmədədir, ya da Azərbaycandan kənarda fəaliyyət göstərir. Azərbaycanda oğru qanunları yox, dövlətin qanunları işləyir və belə də olacaq. Çünki Azərbaycanın müstəqilliyinin banisi olan Heydər Əliyev elə bir dövlət qurub ki, bu ənənə bu gün də yaşayır və yaşayacaq. Vətəndaşlar yaşayışdan daha çox təhlükəsizlikdən narahatlıq keçirə bilərlər. Vətəndaşın təhlükəsizliyini isə dövlətin rəhbərliyi və dövlətin rəhbəri təmin edir. Mən millətimə və xalqımıza da minnətdarlıığımı bildirirəm ki, bizim milli mentalitet də kriminogen duruma öz təsirini göstərir. Bizdə kütləvi alkoqolizm, narkomanlıq, mənəviyyatla bağlı cinayətlər azdır”. Qafqazinfo.az

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1715
avatar

Oxşar yazılar

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00
Şəmkirdə yaşayış evində partlayış  baş verdi

Şəmkirdə yaşayış evində partlayış baş verdi

14 dekabr 2024 , 08:43