Qubanın Küpçal kəndində təhlükəli vəziyyət yaranıb - LEYSAN
17 sentyabr 2015 12:20 (UTC +04:00)

Qubanın Küpçal kəndində təhlükəli vəziyyət yaranıb - LEYSAN

Ötən gün Quba rayonu ərazisində yağan güclü yağış nəticəsində rayonun Küpçal kəndində təhlükəli vəziyyət qeydə alınıb.

Quba Regional Hidrometeoroloji Mərkəzdən APA-nın şimal bürosuna verilən məlumata görə, yaşayış məntəqəsinə 3 saat ərzində 124 mm yağıntı düşüb. Həmin ərazidə 3 saat ərzində Quba rayonuna sentyabr ayı üçün nəzərdə tutulan normadan iki dəfə artıq yağış yağıb.

 

Quba rayonu üçün sentyabr ayı üçün norma 62 mm-dir. 

 

Bundan əlavə Quba şəhərinə 28 mm, Rustov kəndinə 57 mm, Təngəaltıya 31 mm yağıntı düşüb. 
 

Qusar rayonunda 61 mm, Xızı rayonu, Altıağac qəsəbəsində isə yağıntının miqdarı 36 mm çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 191

Oxşar yazılar