Qubada ağır qəza: yol polisi rəisinin qardaşı öldü - <span style="color:red;">YENİLƏNİB
17 yanvar 2015 12:14 (UTC +04:00)

Qubada ağır qəza: yol polisi rəisinin qardaşı öldü - YENİLƏNİB

 

Bu gün Bakı-Quba Rusiya Federasiyası dövlət sərhədi yolunun 142-ci km-də, magistralın Günəşli kəndi ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


 

APA-nın şimal bürosunun məlumatına görə, “VAZ-2107” markalı avtomobillə yük maşını toqquşub.

 

Qəza nəticəsində “VAZ-2107”-nin sürücüsü dünyasını dəyişib, bir nəfər müxtəlif xəsarətlərlə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Yaralı 1957-ci il təvəllüdlü Nəsirov Əliyulla Nəsir oğlu, dünyasını dəyişən şəxs isə Rəhmanov Muradəli Seyfəddin oğludur.

 

Qeyd edək ki, qəzada dünyasını dəyişən şəxs Şəki Şəhər-Rayon Polis İdarəsinin Dövlət Yol Polis Bölməsinin rəisi Nəsrəddin Rəhmanovun qardaşıdır.

 

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 219

Oxşar yazılar