Qonşusunu boynundan bıçaqlayıb öldürdü - <span style="color:red;">BAKIDA
20 dekabr 2014 11:35 (UTC +04:00)

Qonşusunu boynundan bıçaqlayıb öldürdü - BAKIDA

Bakıda qətl törədilib. Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayon ərazisində fəaliyyət göstərən “Gəncə” kafesinin qarşısında qeydə alınıb.

 

Rayon sakini, 55 yaşlı Bərxudar Çərkəz oğlu Yusifov aralarında yaranmış mübahisə zəminində qonşusu, 33 yaşlı Nurlan Vaqif oğlu Ağayevi boyun nahiyəsindən bıçaqla vurub. Nəticədə arteriyası kəsilən N. Ağayev çoxlu qan itirərək hadisə yerindəcə dünyasını dəyişib. 

 

Polisdən həmçinin bildirilib ki, adıçəkilən şəxslər hadisə baş verən zaman sərxoş vəziyyətdə olublar.

 

Hadisəni törədən B. Yusifov saxlanılıb. 

 

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 93
avatar

Oxşar yazılar