
Qızları fahişəliyə cəlb edən qadına hökm oxundu
0
0
Bakı Ağır Cinayətlər Məhkəməsində yetkinlik yaşına çatmayan qızları fahişəliyə cəlb etməkdə təqsirləndirilən, 30 yaşlı Aygün Xasməmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, A.Xasməmmədovaya şərti cəza verilib və o məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Aygün Xasməmmədova barəsində Cinayət Məcəlləsinin 144-1.2.3-cü (insan alveri yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə iş başlanıb.
İş üzrə yetkinlik yaşına çatmayan 2 qız zərərçəkən şəxs qismində tanınıb.
0
0