Qətldə ittiham olunan həmyerlimiz Ukraynaya ekstradisiya edilib
08 fevral 2017 15:21 (UTC +04:00)

Qətldə ittiham olunan həmyerlimiz Ukraynaya ekstradisiya edilib

Rusiya Ukraynada qətldə ittiham olunan azərbaycanlını bu ölkəyə ekstradisiya edib.

 

APA-nın “dumskaya.net” saytına istinadən verdiyi xəbərə görə, tay boksu üzrə Avropa çempionu, odessalı idmançı Sergey Laşşenkonu öldürməkdə şübhəli bilinən 24 yaşlı Babək Dəmir oğlu Həsənov Odessaya göndərilib. O, barəsində məhkəmə hökmü çıxarılana qədər istintaq təcridxanasında saxlanılacaq.

 

B. Həsənov 2015-ci ilin aprelində xəstəxanada müalicə alan S. Laşşenkonu travmatik silahdan atəş açaraq qətlə yetirməkdə şübhəli bilinir. Rusiyaya qaçan B. Həsənov 2015-ci ilin oktyabrında Sankt-Peterburqda saxlanılıb. Bundan sonra onun Ukraynaya ekstradisiyası ilə bağlı prosedurlar başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 175
avatar

APA Baycan

Oxşar yazılar