Qaradağda ağır qəza:<span style="color:red;"> ölən var
03 fevral 2015 13:25 (UTC +04:00)

Qaradağda ağır qəza: ölən var

Ötən gün Qaradağ rayonu ərazisində ağır yol qəzası baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Yardımlı rayon sakini Kənan Baloğlanlının idarə etdiyi “VAZ 21060” və Lənkəran rayon sakini Mehman Rzayevin idarə etdiyi “DAF” markalı avtomobillər toqquşub. Nəticədə K.Baloğlanlı və sərnişinləri - Bakı şəhər sakinləri Zahir Şirinov və Əvəzxan Abdullayev xəstəxanaya yerləşdirilib. Lakin Z.Şirinov orada dünyasını dəyişib.

 

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 130
avatar

Oxşar yazılar