Qardaşının qayınatası tərəfindən dəfələrlə zorlandı, indi hamilədir <span style="color:red;">- BAKIDA
19 fevral 2015 12:27 (UTC +04:00)

Qardaşının qayınatası tərəfindən dəfələrlə zorlandı, indi hamilədir - BAKIDA

Azərbaycanda daha bir zorlama faktı qeydə alınıb. 

 

Lent.az xəbər verir ki, qafqazinfo-nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, dünən 17 yaşlı qız Qaradağ rayon Polis İdarəsinə müraciət edərək zorlandığını bildirib. 

 

Təcavüzə məruz qaldığını iddia edən qız hadisənin ötən ilin may ayında olduğunu deyib. Ələt qəsəbəsi Füzuli küçəsində yaşayan 1997-ci il təvəllüdlü F.M ərizə ilə müraciət edərək bildirib ki, 2014-cü ilin may ayında yaşadığı evdə tanıdığı Əlifağa adlı şəxs zorla onunla cinsi əlaqədə olub.

Qaradağ Rayon Polis İdarəsi 11-ci Polis Bölməsindən məlumatı təsdiqləyiblər. Bildirilib ki, Əliağa adlı şəxs qızın qardaşının qayınatasıdır.

 

Müstəntiq Elçin Tağıyev qafqazinfo-ya açıqlamasında hadisə barədə geniş məlumat verib.

O bildirib ki, 1967-ci il təvəlüdlü Bayramov Əlifağa Həmiş oğlu qızı 16 yaşı olanda 3 dəfə zorlayıb: “2013-cü ilin avqustuda zorlanan qızın qardaşı Əlifağanın qızını alıb. O vaxtdan qohumluq əlaqələri yaranıb və onlar bir-birlərinin evinə gedib gəlməyə başlayıblar. Qız Ələt qəsəbəsində atası ilə birlikdə yaşayıb. Qudaların hər ikisi “malyar” işləyirmiş. Sonradan Əlifağa bir yerdə işə getmək üçün gəlib qudasıgildə qalırmış. 2014-cü ilin mayın 1-də Əlifağa qudasıgilə gəlib, görüb evdə heç kim yoxdur. Qızdan soruşub ki, atan hardadır, o da deyib evdə yoxdur. İçəri keçib qızı danışdırmağa başlayıb. Sonra qəfildən qızı vurub və F.M huşunu itirib. Həmin vaxt qızın 16 yaşı olub. Ondan sonra təxminən 1 saat qızla təbii yolla cinsi əlaqədə olub. Bir saatdan sonra qız özünə gələndə görüb ki, Əlifağa artıq evdən çıxıb gedir. Görüb ki, soyundurulub, üst-başı da qan içindədir. Qız bunu heç kimə deməyib. Üç gün sonra mayın 4-də gecə yenə Əlifağa qudasıgildə qalıb. Səhər qızın atası işə tez gedib. Əlifağaya da deyib ki, ondan sonra gələr. Qızın atası çıxandan sonra Əlifağa qızı yatdığı çarpayısında zorlayıb. Bu dəfə qız özündə olub, müqavimət göstərib. Əlifağa qızı döyərək onunla cinsi əlaqədə olub. Qıza hədə-qorxu gəlib ki, kiməsə desən sənin başını kəsəcəyəm. Ümumi 3 dəfə qızı zorlayıb. Sonuncu dəfə 2014-cü ilin iyunn ayının axırlarında olub. Qızı guya gəlinlərini görmək üçün Salyan rayonun Kürsəngi kəndinə öz evlərinə aparıb. Yolda istiqaməti dəyişib, qıza deyib ki, qısa yolla gedəcəyik. Heç kimin olmadığı bir yerə gələndə maşında qızı yenə zorlayıb. Bundan sonra qız hamilə qalıb. Amma qorxusundan heç kimə deməyib. Üstündən bir neçə ay keçəndən sonra böyük bacısı şübhələnib. Bu ilin fevralın 7-də bacısına hər şeyi danışıb. Fevralın 8-də Hacıqabulda xəstəxanaya gediblər. Həkim deyib ki, 35 həftəlik hamilədir, gələn ayın 15-də doğuş vaxtıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 318
avatar

Oxşar yazılar