Qapını sındırıb evə girən oğru gül vurdu: 2 vedrə, 1 qazan
22 iyun 2014 13:36 (UTC +04:00)

Qapını sındırıb evə girən oğru gül vurdu: 2 vedrə, 1 qazan

Bakı şəhərinin Səbail rayonunda maraqlı oğurluq hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, 8-ci Polis Bölməsinə müraciət edən Bayıl qəsəbəsi, 2-ci Buxta döngəsi ev 33-də yaşayan Raziya Useynova həyət qapısının qıfılının naməlum şəxs və ya şəxslər tərəfindən sındırıldığını deyib. 

 

Qadın qeyd edib ki, həyətə soxulan oğru oradan sadəcə iki vedrə, 1 qazan və bir neçə digər kiçik məişət əşyalarını götürüb.

 

Faktla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2759

Oxşar yazılar