Astara sakini Bakıda narkotiklə yaxalandı
20 oktyabr 2015 11:40 (UTC +04:00)

Astara sakini Bakıda narkotiklə yaxalandı

Astara sakini Bakıda tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Bakı şəhər BPİ NMİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 1971-ci il təvəllüdlü Fazil Nəsirov saxlanılıb. Ondan 12,38 qram həşiş qətranı və çəkisi 1,4 qram olan 35 ədəd metadon həbi aşkar olunaraq götürülüb.

 

Həmçinin, Bakı şəhər BPİ CAİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olan 1961-ci il təvəllüdlü Aydın Nəcəfov da tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 297

Oxşar yazılar