Qanunsuz ovla məşğul olanlar tutuldu - <span style="color:red;">İmişlidə
10 oktyabr 2016 01:03 (UTC +04:00)

Qanunsuz ovla məşğul olanlar tutuldu - İmişlidə

İmişlidə qanunsuz ovla  məşğul olan şəxslər  saxlanılıb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, onlardan  qanunsuz  yolla ovlanmış  çöl quşları  və  xeyli miqdarda  sursat  aşkar edilib.

 

Daxili işlər Nazirliyi  Baş ictimai təhlükəsizlik idarəsi  və  İmişli rayon poliş şöbəsinin əməkdaşları qanunsuz  ovun  qarşısının alınması  məqsədi ilə  İmişli rayonun çöl ərazilərində  reydlər  həyata  keçirib. Reydlər  zamanı  müxtəlif  yerlərdə  qanunsuz ovla  məşğul olan şəxslər aşkar edilib. Bəzi brokonyerlər  silahlarını və  ovladıqları  quşları   əraziyə  ataraq  qaçıb.

 

Reyd zamanı  iki nəfər  brokonyer - İmişli rayon sakinləri,  Sadıqov Qədim və Baxşəliyev Ülvi polis əməkdaşları  tərəfindən saxlanlıb. Reyd zamanı iki ədəd  qoşa  lülə,  bir ədəd  beşaçılan,  bir  ədəd tək lüləli  ov  tüfəngləri polis  əməkdaşları  tərəfindən  sənədləşdirilərək  götürülüb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 298

Oxşar yazılar