Qadını hədələyib pulunu aldı - <span style="color:red;">BAKIDA
22 oktyabr 2014 11:30 (UTC +04:00)

Qadını hədələyib pulunu aldı - BAKIDA

Bakıda tanışının evində quldurluq edən şəxs saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, oktyabrın 21-də R. Teymurov küçəsində yaşayan Fatimə Hacıyevanı yaşadığı mənzildə tanışı, Nadir adlı şəxs bıçaqla hədələyib. Həmin şəxs qadının  2000 manat pulunu, qızıl-zinət əşyalarını və sənədlərini götürərək uzaqlaşıb. Nizami RPİ 25-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1979-cu il təvəllüdlü Nadir Dəmirov tutulub.

 

Araşdırmalar davam etdirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 760
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar