Qadın sürücü qəza törətdi: övladları yaralandı
12 noyabr 2015 00:28 (UTC +04:00)

Qadın sürücü qəza törətdi: övladları yaralandı

Bakının Xətai rayonu ərazisində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın məlumatına görə, hadisə Yusif Zeynalov küçəsində qeydə alınıb.

 

Qadın sürücünün idarə etdiyi "Mitsubishi" markalı avtomobil əvvəlcə yol kənarındakı "Toyota-Land Cruser" markalı avomobilə çırpılıb, daha sonra isə səkiyə çıxıb. Zərbənin gücündən "Toyota-Land Cruser" də qarşıda dayanmış "Hyundai" markalı maşına dəyib.

 

Qəza zamanı sürücünün iki azyaşlı övladı da avtomobildə olub. Onlar yüngül xəsarət alıblar və hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıblar.

 

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

# 164
avatar

Oxşar yazılar

Beyləqanda fəhlə  intihar etdi

Beyləqanda fəhlə intihar etdi

27 may 2024 , 09:20
Salyanda maşın piyadanı vurub öldürdü

Salyanda maşın piyadanı vurub öldürdü

27 may 2024 , 00:46
Azərbaycanlıların yaşadığı 15 kəndlə əlaqə kəsidi

Azərbaycanlıların yaşadığı 15 kəndlə əlaqə kəsidi

26 may 2024 , 18:52
Kür məcradan çıxır

Kür məcradan çıxır

26 may 2024 , 16:21
Astaraya qonaq gedən əcnəbi kürəkən  öldü

Astaraya qonaq gedən əcnəbi kürəkən öldü

26 may 2024 , 14:06
Qazaxda çay daşdı - YENİLƏNİB

Qazaxda çay daşdı - YENİLƏNİB

26 may 2024 , 12:53
Siyəzəndə 45 yaşlı kişi  özünü güllələdi

Siyəzəndə 45 yaşlı kişi özünü güllələdi

26 may 2024 , 11:43
Bakıda yaşayış binasında YANĞIN

Bakıda yaşayış binasında YANĞIN

26 may 2024 , 10:13