Putin narkomaniyadan danışdı: ƏLEYHİNƏYƏM...
20 iyun 2019 16:25 (UTC +04:00)

Putin narkomaniyadan danışdı: ƏLEYHİNƏYƏM...

Rusiya prezidenti narkotik vasitələrin istifadəsi ilə bağlı cəza qanununun liberallaşdırılmasının əleyhinədir.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya prezidenti Vladimir Putin "Birbaşa xətt" canlı efirində çıxışında bildirib.
 
Onun sözlərinə görə, narkotik vasitələrin istifadəsi, saxlanılması və qanunsuz dövriyyəsi ilə bağlı cəzanın liberallaşdırılması düzgün deyil: "Həbsxanalarda cəza çəkənlərin çox hissəsini narkotiklərin istifadəsi və qanunsuz dövriyyəsinə görə həbs olunanlar təşkil edir. Hesab edirəm ki, narkotiklərin istifadəsi və qanunsuz dövriyyəsi ölkəmiz üçün təhlükədir. Ona görə də, narkotiklərə görə cəzanın liberallaşdırılmasının əleyhinəyəm. Narkotik istifadə edənlər, qanunsuz dövriyyəsi ilə məşğul olanlar bunun məsuliyyətini anlamalıdırlar". 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 671

Oxşar yazılar