Prokurorun böyük köməkçisi bıçaqlanan yaralıya qan verib
23 oktyabr 2013 23:10 (UTC +04:00)

Prokurorun böyük köməkçisi bıçaqlanan yaralıya qan verib

Oktyabrın 23-də axşam saatlarında Kürdəmirdə qanlı olay baş verib.

 

Lent.az-ın məlumatına görə, Kürdəmir Rayon Polis Şöbəsinin yaxınlığındakı bərbərxanada rayon sakini 1961-ci il təvəllüdlü Məhərrəmov Həmid Həmzə oğlu münaqişə zəminində həmyerlisi 1962-ci ildə anadan olmuş Valeh Heybət oğlu Babayevin boğazının şah damarını bıçıqla kəsib.

 

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

 

Həkimlər bildirib ki, V.Babayevə təcili qan köçürülməlidir.

 

Xəstəxanadan Lent.az-a verilən məlumata görə, Kürdəmir rayon prokurorunun böyük köməkçisi Pərviz Nərimanov yaralıya qan verib.

 

Yaralı bundan sonra təcili yardım maşını ilə Bakıya yola salınıb.

 

Həmid Məhərrəmov saxlanılıb. O, həmyerlisini söyüş üstə bıçaqladığını deyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2104
avatar

Nizam Rza

Oxşar yazılar