Prokurorluq və Baş Polis İdarəsi birgə məlumat yaydı
18 iyun 2013 11:10 (UTC +04:00)

Prokurorluq və Baş Polis İdarəsi birgə məlumat yaydı

Bakı şəhər Baş Polis İdarəsi və şəhər Prokurorluğu 10 gün əvvəl paytaxtda baş vermiş hadisə ilə bağlı birgə məlumat yayıb. Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata görə, iyunun 9-da saat 23:00 radələrində Bakı şəhər sakini Zeynalov Əbil Abbas oğlu idarə etdiyi özünə məxsus “Mercedes Benz” markalı, 90-FL-003 dövlət qeydiyyat nişanlı avtomobillə paytaxtın Neftçilər prospektində hərəkətdə olarkən yolu keçmək istəyən İsmayılova Tahirə Ələkbər qızını vuraraq xəsarət yetirib, sonuncu aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.


Faktla bağlı Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Ə.Zeynalov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1459
avatar

Oxşar yazılar