APA-nın məlumatına görə, səfir İoannis Metaksasın ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycanla Yunanıstan arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə Azərbaycanla Yunanıstan arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub, əlaqələrin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd edilib, əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanların olduğu vurğulanıb.
Ölkələrin enerji, sərmayə qoyuluşu və digər sahələrdə tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi ilə bağlı məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.