Bu gün Bakının Sabunçu rayonunda, dənizdə (“Pirşağı” sularda xilasetmə məntəqəsinin ərazisində) 1 nəfər batmaq təhlükəsi ilə üzləşib.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, həmin şəxs Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.
Əməliyyat saat 17:40-da başa çatıb.