Paytaxtda sürücü qəza törədib avtomobilini yandırdı
05 fevral 2015 05:37 (UTC +04:00)

Paytaxtda sürücü qəza törədib avtomobilini yandırdı

Ötən gecə Bakının Xətai rayonunda qeyri-adi yol qəzası baş verib.

 

APA-nın məlumatına görə, Babək prospektində qeydə alınan qəzada sürücü öz maşınını yandırıb.  Belə ki, prospektlə hərəkət edən "Chevrolet" markalı avtomobillə "Mercedes" toqquşub.

 

Hələlik kimliyi məluma olmayan "Chevrolet"in sürücüsü qəzadan sonra maşındakı ehtiyat yanacağı avtomobilin üzərinə tökərək yandırıb.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsinin Xətai Rayon Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanan maşın tez bir zamanda söndürülüb.

 

Əraziyə gələn polis əməkdaşları maşınına od  vurub yandıran sürücünü qaçmaq istəyərkən saxlayıblar. Sürücü ifadəsinin alınması üçün Xətai Rayon Polis Şöbəsinə aparılıb.  Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 174
avatar

Oxşar yazılar