Bakının tanınmış ticarət və əyləncə mərkəzlərindən olan “Park Bulvar”da oğurluq hadisəsi baş verib. Səbail rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Neftçilər prospekti 131 ünvanında yerləşən ticarət mərkəzinin 2-ci mərtəbəsində “VIP Electronic Cigarette”ə məxsus mağazadan 6 min manat dəyərində olan külli miqdarda elektron siqaret oğurlanıb. Mağazanın satıcısı olan Rüfət Fərəcov səhər saatlarında siqaretlərin saxlandığı dolabı açarkən satış məqsədi ilə saxlanılan malların yoxa çıxdığını görüb. Dərhal hadisə ilə bağlı polisə məlumat verilib.
Hazırda 6 min manat dəyərindəki elektron siqaretlərin kim tərəfindən oğurlanmasının müəyyən edilməsi istiqamətində iş aparılır.