Öz evindən oğurluq edən Sumqayıt sakini tutulub. Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Corat qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Vüsal Kamil oğlu Ağayev Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verərək evindən həyat yoldaşının 2000 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Polisin keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini V. Ağayevin özünün törətdiyi müəyyənləşib. V. Ağayev saxlanıb.
Faktla bağlı araşdırma aparılır.