Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən “Cici” ləqəbli Ceyhun Hadıyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Lent.az-ın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. C. Hadıyev 6 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, "Cici" ləqəbi ilə tanınan C.Hadıyev 2014-cü ildə Sumqayıt Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, azyaşlı məktəbli qızların sırğalarını oğurlamaqda təqsirləndirilib.
Cinayət əməllərini əsasən Bakının Binəqədi rayonu ərazisində törədən C.Hadıyevin 9 belə əməlinin üstü açılıb.