GÜNÜN ŞƏRHİ
Qətl, intihar, quldurluq, soyğunçuluq, narkotik satışı, insan alveri, yanğın, qəza... Tam bir buket... Hamısı Azərbaycanda, hamısı bir gündə baş verib... Səbəb nədir? Ötən əsrin 80-ci illərində baş verən bir cinayət hadisəsi bütün Azərbaycanı silkələmişdi... Uşaqları oğurlayıb şikəst edən, sonra onları dilənçiliyə məcbur edən dəstə ifşa olunmuş, hamı şoka düşmüşdü... Şikəst edilən uşaqlardan biri dilənərkən təsadüfən öz evlərinə gəlmiş və ailə üzvlərindən biri onu tanımışdı... Detalları uzun-uzadı danışmaq istəmirəm, cinayət işinin təhqiqatı başa çatdı və dəstənin üzvləri güllələnmə hökmünə məhkum edildi... Yadımda qalan budur, bir də o yadımdadır ki, uzun illər insanlar bu cinayət hadisəsini xatırlayır, müzakirə edirdilər... İndi belə hadisələr az qala hər gün baş verir... Bu günlərdə Skandinaviya ölkələrindən biri haqqında maraqlı bir qeydə rast gəldim... Ölkədə qətl, quldurluq kimi kriminal hadisələr nadir hallarda baş verir və baş verdikdən sonra media törədilən cinayəti ən az bir ay müzakirə edir, ən xırda detallarını araşdırır, cəmiyyətin bütün təbəqələri müzakirələrə qoşulur... Niyə? Ona görə yox ki, insanlar boş-bekardır, ona görə ki, bir gerçəyi yaxşı anlayırlar - cinayəti cəmiyyət hazırlayır, cinayətkar həyata keçirir...
Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 2 Fevral
170