ABŞ Federal Ehtiyatlar Sisteminin son iclası bazarlar üçün əsas hadisəyə çevrilib. Bu hadisə bazarlara necə təsir edib? Hansı nöqtədə ciddi xətaya yol verilib və niyə ən yaxşı dinamikanı məhz qızıl nümayiş etdirib?
Federal Ehtiyatlar sistemi qətiyyətini qorumağa çalışaraq, valyuta siyasətinin tədricən dəyişdirilməsi yolu ilə ABŞ iqtisadiyyatında axıcı templə artıma nail olmağa cəhd göstərirdi. Lakin ümumi mənada tənzimləyicinin verdiyi bəyanatlar kifayət qədər mülayim təsir bağışlamaqda idi.
Buna əmin olmaq üçün bazarın reaksiyasına nəzər salmaq kifayətdir. Bu ilin dekabr ayında uçot dərəcəsinin 47 faizdən 50 faizədək artırılacağı ehtimalı yüksək olsa da, arada yaranan fərq bir o qədər də çox deyil.
Nəhayət, ən əsas faktor - Amerika dolları... Federal Ehtiyatlar Sisteminin bəyanatından sonra dolların məzənnəsi sürətlə ucuzlaşmağa başlayıb. Bu isə maliyyə bazarının yaxın gələcək üçün valyuta siyasətinin sərtləşdiriləcəyinə inanmadığı anlamına gəlir.
Federal Ehtiyatlar Sisteminin bəyanatı dərc olunduqdan sonra dollar indeksinin dinamikasında dəyişiklik yaranıb... Ən yaxşı dinamikanı isə qızıl nümayiş etdirib. Daha dəqiq, bu qiymətli metal "Brexit"dən keçən müddət ərzində maksimum səviyyədə artıb.
Görünən isə dünya üzrə çap edilən pul əsginaslarının fantastik həcmi, mənfi faiz dərəcələri və monetar hakimiyyətlərin digər addımları dünya maliyyə sistemini kollaps vəziyyətinə daha da yaxınlaşdırır. İnkişaf etmiş ölkələrin çoxunda iqtisadi artımın səviyyəsi özünün durğunluq vəziyyətini yaşayır, bazarlar isə bu və ya digər aktivlərin real dəyərini artıq xeyli vaxtdır ödəmir. Bütün bu sadalanan faktorlar sərmayədarların ciddi şəkildə narahatlığına səbəb olub. Elə bu narahatlığın nəticəsi olaraq, onlar daha çox qızıl əldə etməyə can atıblar. Artıq kağız valyutalar onları daha az maraqlandırmağa başlayıb...

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 28 İyul
Oxşar yazılar

Laçında yük maşını dərəyə aşdı-FOTO
6 iyul 2025 , 10:13
Daşkəsəndə 21 yaşlı gənc söyüş üstündə qətlə yetirildi - YENİLƏNİB 3
6 iyul 2025 , 08:54
Kürdəmir sakinini qatar vurub öldürdü
5 iyul 2025 , 23:54
Zaqatalada minik maşınları TOQQUŞDU: Ər-arvad öldü - YENİLƏNİB
5 iyul 2025 , 23:19
Cadugərlikdə təqsirləndirilən 6 nəfər öldürüldü: İkisi diri-diri yandırıldı
5 iyul 2025 , 19:40
Beyləqanda 3 gün əvvəl kanalda batan yeniyetmənin meyiti tapıldı
5 iyul 2025 , 17:52
Bütün qadınlar üçün DƏRS: Ata üç aylıq oğlunu bir vedrə yuyucu tozda boğdu
5 iyul 2025 , 17:17