Nənəsini öldürən 18 yaşlı oğlan  <span style="color:red;">MƏHKƏMƏ QARŞISINDA
26 iyul 2018 12:56 (UTC +04:00)

Nənəsini öldürən 18 yaşlı oğlan MƏHKƏMƏ QARŞISINDA

Nənəsini öldürməkdə təqsirli bilinən 2000-ci il təvəllüdlü Nicat Muradovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı  avqustun 9-a təyin edilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, bu il yanvarın 8-də Abşeron rayonunun Saray qəsəbəsində yaşayan Nicat Muradovun evində Qax rayon sakini Xədicəbəyim Seyidəliyevanın üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

Evdən qızıl əşyaların oğurlanması da müəyyənləşib. Abşeron Rayon Polis İdarəsi və rayon Prokurorluğu  əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Nihat Muradov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalarla hadisənin tamah məqsədilə törədilməsi müəyyən edilib və ondan qızıl əşyalar maddi sübut kimi götürülüb.

Nicat Muradov öldürülən qadının nəvəsidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 191
avatar

Səlcuq Elçin

Oxşar yazılar