Xəzər dənizinin Bakı sahillərində naməlum qadın meyiti tapılıb. Lent.az-ın məlumatına görə, Neft Daşları Neft-Qaz Çıxarma İdarəsinin əməkdaşları estakadaların yaxınlığında qadın meyiti görüblər. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə və digər aidiyyatı qurumlara məlumt verilib. Qadının meyiti sudan çıxarılıb.
Hazırda ölən şəxsin kimliyinin müəyyən edilməsi istiqamətində hüquq-mühafizə orqanları iş aparır. Onun əynində qara cins şalvar və qısaqol köynək olub.
Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.