Bu gün saat 8.15 radələrində Neft Daşlarında intihar hadisəsi baş verib. Lent.az SOCAR-ın saytına istinadən xəbər verir ki, Geofizika-Geologiya idarəsinin Neft Daşları mədən geofizika ekspedisiyası nəzarət-interpretasiya dəstəsinin rəisi (geoloq) 1961-ci il təvəllüdlü Vəliyev Məmməd Şəmistan oğlu naməlum səbəblərdən özünü 9 mərtəbəli yataqxananın 9-cu mərtəbəsindəki otağından atıb. O, hadisə yerində dünyasını dəyişib. Hadisə ilə bağlı təcili olaraq müvafiq orqanlara məlumat verilib, araşdırma işləri aparılır.

Oxşar yazılar

Şəmkirdə maşın piyadanı vurub öldürdü
15 iyul 2025 , 00:39
Zaqatalada iki avtomobil toqquşdu
14 iyul 2025 , 22:54
Motosikleti "tək təkər" sürən sürücü HƏBS EDİLDİ-VİDEO
14 iyul 2025 , 20:49
Bakıda motosikletlə avtoxuliqanlıq: sürücü həbs edildi
14 iyul 2025 , 19:49
Bakıda avtobus kişini vurub ÖLDÜRDÜ
14 iyul 2025 , 19:33
Bakıda sinaqoqa terror hücumu hazırlayarkən tutulan İŞİD-çi məhkəmədə ifadə verdi
14 iyul 2025 , 19:25
Araz çayında batan şəxsin meyiti tapıldı - YENİLƏNİB
14 iyul 2025 , 18:15