Nəbatat bağında DAVA
21 dekabr 2014 17:53 (UTC +04:00)

Nəbatat bağında DAVA

Nəbatat bağında xuliqanlıq hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, 9-cu Polis Bölməsinə müraciət edən 1993-cü il təvəllüdlü Əliyev Şahid David oğlu bildirib ki, Badamdar şosesi 40 ünvanında yerləşən bağda tanımadığı şəxs onu döyüb. Şikayətçi qeyd edib ki, olay dekabrın 6-da saat 14:30 radələrində baş verib.

 

İlkin araşdırmalardan sonra Ş.Əliyevi döyən şəxsin Nəbatat bağının mühafizəçisi, 1986-cı il təvəllüdlü Babayev Elxan Rövşən oğlu olması müəyyən edilib.

 

Araşdırmalar davam etdirilir.

# 80
avatar

Oxşar yazılar