Nazirliyin idarə rəisi həbs edildi
0
0
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin idarə rəisi Namazəli Məmmədov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Lent.az-ın xəbərinə görə, bu barədə Trend agentliyi məlumat yayıb. Məlumatda N.Məmmədov haqqında həbs-qətimkan tədbiri seçildiyi bildirilir.
Qeyd edək ki, bundan öncə RYTN-nin başqa vəzifəli şəxsləri də işdən azad edilərək, barələrində cinayət işi başlanılıb.
0
0