Narkotik satana<span style="color:red;"> 9 İL  həbs
03 iyul 2015 10:55 (UTC +04:00)

Narkotik satana 9 İL həbs

 

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən Müşfiq İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Müşfiq İsmayılov 9 il müddətinə azadlıqdan məhrum edilib.
 

Qeyd edək ki, Müşfiq İsmayılov Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 219
avatar

Səlcuq Elçin

Oxşar yazılar