Narkotik alverçisi qadına qarşı soyğunçuluq etdi
07 avqust 2019 09:58 (UTC +04:00)

Narkotik alverçisi qadına qarşı soyğunçuluq etdi

0
Xızı rayonunda yaşlı qadına qarşı soyğunçuluq hadisəsi olub.
 
Daxili İşlər Nazrliyinin (DİN) mətbuat xidmətinin Quba Regional qrupundan Lent.az-a verilən məlumata görə, Xızı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən yaşlı qadına qarşı soyğunçuluq etməklə 950 manat pulu ələ keçirən Bakı şəhər sakini, 37 yaşlı Anar Cəfərov saxlanılıb.
 
Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib.
 
Anar Cəfərovun ətrafında aparılan araşdırmalar nəticəsində onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu da məlum olub. Polis əməkdaşları tərəfindən onun Xızı rayonu ərazisində müvəqqəti yaşadığı evə keçirilən baxış zamanı oradan 441 qram narkotik vasitə olan qurudulmuş marixuana və 41 qram tiryək aşkarlanaraq götürülüb.
 
Faktla əlaqədar A.Cəfərov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 598

Oxşar yazılar