55 yaşlı kişini ildırım vurdu - <span style="color:red;">Zaqatalada
15 iyun 2017 16:04 (UTC +04:00)

55 yaşlı kişini ildırım vurdu - Zaqatalada

0

 

Zaqatalada 55 yaşlı kişi ildırımvurma nəticəsində ölüb.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Üçüncü Tala kəndi inzibati ərazisində baş verib. 

 

Kənd sakini, 55 yaşlı İsa Sahəddin oğlu Bayramov qoyunlarını otarmaq üçün yaxınlıqdakı otlaq sahəyə gedib. Bir neçə saat sonra qoyunların özbaşına qayıtdığını görən oğlu atasına zəng etsə də, telefona cavab verən olmayıb. Oğlu otlaq sahəsinə gedəndə atasını sahənin ortasında ölmüş vəziyyətdə görüb.

 

Araşdırma zamanı məlum olub ki, İ. Bayramovu ildırım vurub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 410

Oxşar yazılar